Qəzza danışıqlarında bir sıra razılıqlar əldə olundu
Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqlarda fələstinli qruplar tərəfindən anklavda saxlanılan israilli girovların gələn ay azad edilməsinə dair razılıq əldə olunub.
TodayPress xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına yaxın olan "Maan" agentliyi məlumat yayıb.
Bildirilib ki, may ayında ABŞ vətəndaşlığı olan girov İden Aleksandr da daxil olmaqla, israilli girovların azad edilməsi ilə bağlı prinsipial razılaşma var.
Nəşr, həmçinin Misir vasitəçiləri, HƏMAS və İsrail nümayəndələri arasında bu məsələ ilə bağlı məsləhətləşmələrin yaxın günlərdə davam edəcəyini də əlavə edib.
Töhfə Səməd
tag: Qəzza ,İsrail,Girov,HƏMAS ,todaypress.az,