Qəzza münaqişəsi Ukraynaya görə arxa plana keçməməlidir
Çinin xarici işlər naziri Vanq Yi beynəlxalq ictimaiyyəti Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.
TodayPress xəbər verir ki, nazir bu barədə BMT Təhlükəsizlik Şurasının çoxtərəfli islahatların həyata keçirilməsi və qlobal idarəetmənin təkmilləşdirilməsi mövzusunda keçirilən yüksək səviyyəli iclasının yekunlarına dair mətbuat konfransında məlumat verib.
"Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdırlar, lakin dünyada təkcə Ukrayna problemi deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini tələb edən Qəzza münaqişəsi kimi bir çox başqa qaynar nöqtələr var və onları arxa plana atmaq olmaz" deyə XİN rəhbəri qeyd edib.
Nicat Osman
tag: Çin,Qəzza,Ukrayna,Vanq Yi,Todaypress.az,