Qəzza razılaşması üçün səylər davam etdirilir
Vasitəçilər İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı danışıqlarda Qəzza zolağında atəşkəs razılaşmasının bütün mərhələlərinin yerinə yetirilməsini təmin etmək üçün səylərini davam etdirirlər.
TodayPress xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Hazem Qasem açıqlama verib.
Onun sözlərinə görə, vasitəçilər atəşkəs razılaşmasının bütün mərhələlərinin yerinə yetirilməsinə zəmanət vermək və İsraili onun ikinci fazası üzrə danışıqlara başlamağa məcbur etmək üçün əlaqələri davam etdirirlər.
Hərəkatın sözçüsü əlavə edib ki, HƏMAS vasitəçilərin səylərinin uğurlu olacağına ümid edir və İsrail bütün mərhələlərdə razılaşmaya əməl edəcək.
Türkan İsgəndərli
tag: Qəzza,HƏMAS,İsrail,razılaşma,Todaypress.az,