Qəzzada 50 günlük atəşkəs müzakirə edilir

Dünya

29.03.2025 16:17

717

Qətər və Misir HƏMAS və İsraillə Qəzza zolağında yeni atəşkəs razılaşmasına nail olmaq üçün məsləhətləşmələr aparır. 

TodayPress xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb. 

"Misir və Qətər nümayəndə heyətləri Ramazan bayramı öncəsi Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparır" telekanalın mənbələri iddia edib. 

Bildirilib ki, yeni təklif bir neçə fələstinli məhbusun əvəzində 5 israilli girovun azad edilməsini və 50 günlük atəşkəs rejimini nəzərdə tutur.   

Töhfə Səməd

tag: İsrail,HƏMAS,Qətər,Misir,Qəzza,Atəşkəs,Todaypress.az,