Qəzzada dərman böhranı: Kritik ehtiyatlar tükəndi
Qəzza zolağındakı xəstəxanalar dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb.
TodayPress xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, xəstəxanalarda əsas dərman ehtiyatları tamamilə tükənib.
Xüsusilə qeyd olunub ki, “birinci dərəcəli tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəlikləri üzrə dərmanların isə 54%-i artıq mövcud deyil.
HazırdaQəzzada 80 mindən çox şəkərli diabet xəstəsi və 110 minə yaxın yüksək qan təzyiqindən əziyyət çəkən şəxs həyati vacib dərmanlara çıxış imkanını itirib.
Qəzza Səhiyyə Nazirliyi böhranın əsas səbəbi kimi İsrailin anklava giriş-çıxışı bağlamasını və humanitar yardımların, o cümlədən xəstəxanalar üçün dərman və tibbi ləvazimatların çatdırılmasına qadağa qoymasını göstərib.
“Dərman və zəruri tibbi vasitələrin çatdırılması üçün humanitar dəhlizlərin bağlanması səhiyyə sistemində fəlakətli vəziyyət yaradıb, xəstəxanalar isə xəstələrə və yaralılara yardım göstərmək imkanından məhrum olub” deyə açıqlamada vurğulanıb.
Qiymət Mahir
tag: Qəzza,Dərman,Böhran,Fələstin,Todaypress.az,