Qəzzada həlak olan fələstinlilərin sayı artdı

Dünya

04.05.2025 17:30

13

2023-cü ilin oktyabrından Qəzza zolağında başlayan hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 52,5 mini keçib.

TodayPress xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, hərbi əməliyyatların qurbanlarının sayı 52 535 nəfərə yüksəlib, 118 491 nəfər yaralanıb.

Nazirlik əlavə edib ki, son 24 saat ərzində 40 ölü və 125 yaralı Qəzza xəstəxanalarına yerləşdirilib.

tag: Qəzza,Ölüm,Fələstin,İsrail,todaypress.az,