Qəzzada ilk səyyar xəstəxana açıldı
Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) Qəzza şəhərində ilk səyyar xəstəxana açıb.
TodayPress xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
“Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qəzza şəhərinin Əl-Saraya rayonunda yerləşən yeni səyyar xəstəxananın bütün hazırlıq işlərini başa çatdırıblar. Bu xəstəxana şəhərdə bir neçə tibbi şöbənin eyni anda fəaliyyət göstərəcəyi ilk tibb müəssisəsidir. Burada əməliyyat otağı, inkubasiya, rentgenoloji bölmələr, reanimasiya, təcili yardım və qəbul şöbəsi fəaliyyət göstərəcək” PRCS-in bəyanatında deyilir.
Təşkilat əlavə edib ki, xəstəxana yalnız Qəzza sakinlərini deyil, həm də anklavın şimalında yerləşən “Əl-Qüds” xəstəxanasının xəstələrini və tibb heyətini də qəbul edəcək.
Qiymət Mahir
tag: Fələstin ,PRCS,Qəzza ,Səyyar,Xəstəxana,todaypress.az,