Qəzzada keçidlərin bağlanması qıtlıq yaratdı
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında aclığın ilk əlamətlərini gördüyünü bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Hazem Qasem deyib.
"Qəzza zolağının sakinləri arasında aclığın ilk əlamətləri müşahidə olunur. Çünki İsrail son 10 gün ərzində artıq qıt olan ərzaq məhsullarının anklava girişini əngəlləyir. Biz Ərəb Liqasından təşkilatın Qəzza zolağındakı blokadanın aradan qaldırılması zərurətindən bəhs edən müddəaları yerinə yetirməyi xahiş edirik" o bildirib.
Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə atəşkəs haqqında razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb.
Martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb.
Türkan İsgəndərli
tag: Fələstin,HƏMAS,Qəzza,Aclıq,todaypress.az,