Qəzzada minə yaxın adam öldü

Dünya

31.03.2025 18:50

2042

18 mart 2025-ci ildə Qəzza zolağında hərbi əməliyyatların bərpasından bu yana 1 001 fələstinli həyatını itirib, 2 359 nəfər isə yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı statistikaya əsasən, 2023-cü ilin oktyabrından bu yana bölgədə ümumi ölüm sayı 50 357-yə, yaralananların sayı isə 114 400-ə çatıb.

Qiymət Mahir

tag: Qəzza,İsrail,HÜcum,Ölüm,Artım,Todaypress.az,