Qəzzada ölən BMT əməkdaşlarının sayı açıqlandı
Fələstin-İsrail
münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında həlak olan BMT
əməkdaşlarının sayı 280 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin
müavini Fərhan Hak bildirib.
"Çərşənbə
axşamı BMT-nin Layihə Xidmətləri Bürosu (UNOPS) təşkilatın binasına endirilən
zərbə nəticəsində işçilərindən birinin öldüyünü təsdiqləyib. BMT-nin baş katibi
Antonio Quterreş baş verənlərdən dərin sarsıntı keçirib", - deyə
Hak bildirib.
"Baş katib
BMT əməkdaşlarına qarşı edilən bütün hücumları qətiyyətlə pisləyir və
hərtərəfli araşdırmaya çağırır" təşkilatın sözçüsü qeyd edib.
tag: Fələstin, İsrail, Livan, Hizbullah, Terror,BMT, Qəzza, todaypress.az,