Qəzzada ölənlərin sayı 50 minə yaxınlaşdı

Dünya

09.03.2025 12:15

1556

Qəzzada dağıntılar altından daha 6 nəfərin meyiti çıxarılıb.

TodayPress xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 453 nəfərə çatıb.

Son 48 saatda xəstəxanalara 8 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 860 nəfərə çatıb.

tag: Qəzza,Dağıntı,Meyit,Ölü,todaypress.az,