Qəzzada qida çatışmazlığı pik həddə çatdı
Qəzza zolağında 65 mindən çox uşaq ağır qida çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə Qəzza hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilib ki, hər gün aclıqdan əziyyət çəkən 1,1 milyon fələstinli uşaq və yeniyetmədən 65 mindən çoxu xəstəxanalara yerləşdirilir.
Qeyd edək ki, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib. İsrail tərəfinin fikrincə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun anklavda atəşkəsin uzadılması planını qəbul etməməsi səbəbindən edilib.
Töhfə Səməd
tag: Qəzza ,İsrail,Uşaq,Qida,todaypress.az,