Qəzzada yeni hərbi əməliyyatların başlayacağını elan etdi

Dünya

05.05.2025 21:50

17

İsrailin Qəzza zolağına yeni hücumu Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməyə yönəlmiş intensiv hərbi əməliyyat olacaq.

TodayPress xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkədə məlumat verib.

Netanyahu yazıb ki, əhali öz müdafiəsi üçün köçürüləcək.

O, döyüşlərin anklavın hansı hissəsində aparılacağını dəqiqləşdirməyib.

tag: Qəzza, Hərbi, Əməliyyat, İsrail, Netanyahu, todaypress.az,