Qəzzanın yenidən qurulması üçün 5 illik plan hazırlandı

Dünya

05.03.2025 12:44

2725

Misir Qəzzanın yenidən qurulması üçün 5 illik plan hazırlayıb.

TodayPress bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, 91 səhifəlik planın dəyəri 5 il ərzində təxminən 53 milyard dollar olacaq. Planda İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində yaranan ümumi maddi zərərin 29,9 milyard dollar olduğu qeyd edilib.   

Ən böyük zərər isə 15,8 milyard dollarla mənzil sektoru üzərindədir. 30 min evin zədələndiyi, bunlardan 272 mininin tamamilə dağıldığı vurğulanıb.  Tibbi və təhsil sektorlarında da böyük itkilər olduğu bildirilib.   

Planda Qəzzanın yenidən qurulması üçün 3 mərhələli bir yol xəritəsi təklif edilir və 2030-cu ilə qədər təxminən 3 milyon insanın yaşaya biləcəyi bir şəhərin qurulması hədəflənib.

Türkan İsgəndərli

tag: Qəzza,Yenidən Bərpa,5 illik plan,53 milyard Dollar,Todaypress.az,