Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır
Qəzza zolağının yenidən qurulması üçün
53,142 milyard dollar həcmində vəsait lazımdır.
TodayPress-in məlumatına görə, bu barədə BMT-nin Baş
katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, təkcə ilk üç ildə təxminən 20,568
milyard dollara ehtiyac olacağı təxmin edilir. Belə ki, ən böyük xərclər mənzil
sektorunda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar),
səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və
təhsildə (2,6 milyard dollar) gözlənilir.
Qeyd olunub ki, Qəzzada humanitar vəziyyətin ağır olaraq
qalır.
Vurğulanıb ki, yaşayış binalarının 60%-dən çoxu, yolların
65%-i və məktəblərin 88%-i dağılıb. İşsizlik səviyyəsi 80%-ə çatıb və demək
olar ki, 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.
Təşkilat rəhbəri beynəlxalq ictimaiyyəti Fələstin
anklavını bərpa etmək və regionda davamlı inkişaf üçün şərait yaratmaq üçün
təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırıb.
tag: Qəzza, Yardım,Milyard, Bina, Fələstin,BMT,