Qəzzaya endirilən zərbə nəticəsində israilli girov öldü
İsrailin Qəzzaya son hücumu nəticəsində HƏMAS-ın əlində olan girovlardan birinin öldüyü bildirilib.
TodayPress xəbər verir ki, bu barədə "Maan" agentlyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə Qəzzə zolağına endirdiyi zərbələr nəticəsində qruplaşmanın əlində olan girovlardan biri ölüb, ikisi isə yaralanıb.
“Səhər saatlarında israilli girovlardan biri ölüb, ikisi isə yaralanıb” deyə mənbə qeyd edib.
HƏMAS məsələ ilə bağlı açıqlama verməyib.
tag: HƏMAS,İsrail,Qəzza,Girov,Todaypress.az,