Qəzzaya qayıdan qaçqınlar üçün minlərlə çadır quruldu
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzanın şimalına qayıdan qaçqınlar üçün şəhərdə və onun ətrafında 3000-dən çox çadır və müvəqqəti sığınacaq tikib.
TodayPress xəbər verir ki, bu barədə qurum “X” sosial şəbəkə hesabında məlumat yayıb. Qızıl Aypara Cəmiyyəti qeyd edib ki, qaçqın düşərgələri fələstinlilərə yardım məqsədi ilə tikilir.
Vurğulanıb ki, yaxın günlərdə Qəzzanın cənubunda, Rəfah şəhərində də yeni qaçqın düşərgələri təşkil olunacaq.
Nicat Osman
tag: Qızıl Aypara,Qəzza,Fələstin,Çadır düşərgəsi,Todaypress.az,