Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri üçtərəfli sammit keçirəcək

Dünya

24.02.2025 18:00

1094

Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tarixdə ilk dəfə üçtərəfli sammit keçirəcək.

TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov  məlumat yayıb.

Görüş martın 31-də Tacikistanın Xucənd şəhərində baş tutacaq. 

Sammit regional əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, bundan əvvəl Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası haqqında saziş imzalayıb. Sənəd hər iki ölkənin Xarici İşlər Nazirlikləri tərəfindən təsdiqləndikdən sonra parlamentlərdə ratifikasiya ediləcək.

Nicat Osman

tag: Qırğızıstan ,Sadır Japarov,Tacikistan ,Emomali Rahmon,Özbəkistan ,Şavkat Mirziyoyev,todaypress.az,