Qırğızıstan Tacikistanla sərhəd müqaviləsini ratifikasiya etdi

Dünya

19.03.2025 13:36

2310

Qırğızıstan parlamenti Tacikistanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, sənəd səs çoxluğu ilə təsdiqlənib.   

Bildirilib ki, 85 deputat sənədi dəstəkləyib, 1 deputat isə əleyhinə səs verib.   

Müvafiq sazişi martın 13-də Bişkekdə Qırğızıstan dövlətinin başçısı Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon imzalayıblar.   

Bundan əlavə, 2 ölkə 2021-ci ildə bağlanan hava nəqliyyatının bərpa edilməsi haqqında razılığa gəliblər.   

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu 984 km-dir.

Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir.   

Aysel Mətləb

tag: Qırğızıstan,Tacikistan,Sərhəd,Delimitasiya,Todaypress.az,