Qırğızıstan və Tacikistan "buzları əridir"- YENİLƏNDİ

Dünya

13.03.2025 10:47

2741

Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşmanı imzalayıblar. 

TodayPress xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb. 

Xatırladaq ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

***

10:13

Qırğızıstan və Tacikistan arasındakı sərhəd martın 13-də açılacaq. 

TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan liderinin administrasiyası məlumat yayıb. 

Bildirilir ki, Tacikistan və Qırğızıstan prezidentləri Emomali Rahmon və Sadır Japarov videobağlantı vasitəsilə ümumi dövlət sərhədində keçid məntəqəsini açılmasını təsdiq edəcəklər.   

Qeyd edək ki, 2021-ci ilin sentyabrından münaqişə səbəbindən iki respublika arasında sərhəd bağlanıb. 

Türkan İsgəndərli

tag: Qırğızıstan,Tacikistan,Sərhəd,Görüş,Todaypress.az,