Qırğızıstan və Tacikistan sərhəd infrastrukturunu birgə idarə edəcək
Qırğızıstan prezidenti Sadır Japarov ölkəsinin Tacikistanla enerji və su təsərrüfatı obyektlərinin birgə istifadəsini nəzərdə tutan qanunu imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 13 mart 2025-ci il tarixində Bişkekdə imzalanmış razılaşma iki ölkənin sərhəd ərazilərində yerləşən mühüm infrastruktur obyektlərinə qarşılıqlı və maneəsiz çıxış hüququnu təmin edir.
Sənəd Qırğızıstan parlamenti tərəfindən ratifikasiya edilib.
Razılaşmada qeyd olunur ki, bu obyektlər, o cümlədən su bəndləri və suqəbuledici qurğular, sərhədin delimitasiyası çərçivəsində müəyyən olunmuş və iki ölkənin müştərək istifadəsinə verilmiş ərazilərdə yerləşir.
Sazişin məqsədi regionda su ehtiyatlarının və enerji resurslarının qarşılıqlı maraqlar əsasında idarə edilməsini təmin etməkdir.
Qiymət Mahir
tag: Qırğızıstan,Tacikistan,Sərhəd,Bərpa,Todaypress.az,