Qırğızıstan yeni raket sistemləri aldı
Rusiya Qırğızıstana "S-300" zenit-raket komplekslərini verib.
TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat yayıb.
"Bizim vahid hava hücumundan müdafiə sistemimiz fəaliyyətdədir. Biz indi bu birgə sistemin elementlərini - "S-300"ü əldə etmişik. Onlar artıq Qırğızıstan ərazisindədir".
İmankulov əlavə edib ki, onlar Bişkekdə keçiriləcək Qələbə Paradında təqdim oluna bilər.
Töhfə Səməd
tag: Rusiya ,Qırğızıstan,S-300,Raket,todaypress.az,