Qırğızıstanda 12 illik məktəb təhsili tətbiq edilir

Dünya

14.03.2025 19:18

1647

Qırğızıstan hökuməti ölkədə 12 illik məktəb təhsilinin tətbiqini nəzərdə tutan dövlət təhsil standartını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Yeni standarta əsasən 1-6-cı siniflər ibtidai təhsil, 7-9-cu siniflər əsas ümumi təhsil, 10-12-ci siniflər isə orta ümumi təhsil səviyyəsi hesab ediləcək. Bundan sonra şagirdlərə qiymətlər 4-cü sinifdən etibarən veriləcək.

12-ci sinfi bitirənlər üçün yekun qiymətləndirmə keçiriləcək və təhsil göstəriciləri ilə buraxılış imtahanlarının nəticələri toplanaraq peşə təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Qeyd edək ki, hazırda Qırğızıstanda məktəb təhsili 11 illikdir.

Qiymət Mahir

tag: Qırğızıstan,12 illik,təhsil,Məktəb,Todaypress.az,