Qırğızıstanda bir nəfər prokurorluğun binası önündə özünü yandırdı
Bişkekdə Baş Prokurorluğun binası qarşısında bir nəfər özünü yandırıb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan KİV yayıb.
Qeyd olunub ki, sözügedən şəxs özünü yandırmazdan əvvəl 2023-cü ilin sentyabrında 520 min dollara ev aldığı bildirib. Rəsmiləşdirmədən sonra evə həbs qoyulduğu məlum olub.
Bu səbəbdən o, hüquq-mühafizə orqanlarına müraciət edib, orada işi bağlayıblar.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Nicat Osman
tag: Qırğızıstan,Yanğın,Hadisə,İntihar,Todaypress.az,