Qırğızıstanda terror aktı: 30 nəfər saxlanıldı

Dünya

05.03.2025 15:54

835

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror aktı törətməyi planlaşdıran 30 nəfəri saxlayıb.   

TodayPress xəbər verir ki, bu barədə MTK-nın mətbuat mərkəzi məlumat yayıb. 

Bildirilib ki, onların əsas məqsədi konstitusiya quruluşuna qarşı qondarma cihad törətmək, həmçinin məmurlara, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları planlaşdırmaq olub. 

Türkan İsgəndərli

tag: Qırğızıstan,Terror,Əməliyyat,Saxlanılma,Todaypress.az,