Qırğızıstanın sabiq prezidentinə hökm oxundu

Dünya

17.04.2025 11:35

21

Qırğızıstanın Pervomayski rayon məhkəməsi keçmiş prezident Almazbek Atambayevi cinayətkar Əziz Batukayevin həbsdən azad edilməsində qiyabi olaraq təqsirli bilib.

TodayPress xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkili Sergey Slesarev məlumat verib.

Onun sözlərinə görə, iş üzrə müddətin üstündən keçməsinə görə cəza təyin edilməyib. Əks halda o, həbs edilə bilərdi. 

Türkan İsgəndərli

tag: Qırğızıstan,Sabiq,Prezident,Hökm,Todaypress.az,