Qırıcı səhvən şəhəri bombaladı
Cənubi Koreyanın Poçhon şəhərində “KF-16” qırıcı təyyarəsi yaşayış məntəqəsinə 8 ədəd “MK-82” bombası atıb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
“KF-16” qırıcısı tərəfindən atılan “MK-82” bombaları sınaq meydançasından kənara düşüb və mülki şəxslərə ziyan vurub.
Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Onlardan dördünün vəziyyəti ağırdır.
Cənubi Koreya Hərbi Hava Qüvvələri qəzanın səbəblərini araşdırmaq və mülki şəxslərə dəyən ziyanı qiymətləndirmək üçün komissiya yaradacaq.
Nicat Osman
tag: Cənubi Koreya,Qırıcı,KF-16,Səhv,Bombardıman,Todaypress.az,