"Qızıl qollu adam" vəfat etdi
Dünyanın ən məhsuldar qan donorlarından biri Ceyms Harrison 88 yaşında Avstraliyada, qocalar evində vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə "9 News" telekanalı məlumat yayıb.
Ceyms Harrison nadir plazmasını bağışlamaqla 2 milyondan çox körpənin həyatını xilas edib.
"Qızıl qollu adam" adlandırılan avstraliyalının qanında “Anti-D” adlı nadir anticisim olub.
Bu anticisim dölün və ya yeni doğulmuş körpənin hemolitik xəstəliyinin qarşısını almaq üçün hamilə qadınlara verilən dərmanların hazırlanmasında istifadə olunub.
Qeyd edək ki, Harrison ilk dəfə 18 yaşında donor olub və 81 yaşına qədər ,ümumilikdə, 1173 dəfə qan verərək insanların həyatını xilas edib.
Nicat Osman
tag: Dünya,Ceyms Harrison,Avstraliya,Qızıl qollu adam,Anti-D,todaypress.az,