"Qızıl Qübbə" sisteminin üç versiyası təqdim olunacaq
Gələn həftə ABŞ prezidenti Donald Trampa “Qızıl Qübbə” raketdən müdafiə sisteminin üç versiyası təqdim olunacaq.
TodayPress xəbər verir ki, bu barədə “Defence One” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Müdafiə və hərbi idarələrin nümayəndələrindən yaradılmış “pələng komandası” müxtəlif miqyaslı və mürəkkəb sistemin versiyalarını hazırlayır. Bu isə Birləşmiş Ştatların Raketdən Müdafiə Agentliyinin təklif edə biləcəyindən daha çox koordinasiya tələb edəcək.
“Raketlə məşğul olmaq üçün yəqin ki, yeni təşkilat yaratmalı olacağıq” deyə bildirilib.
Digər iki mənbə təsdiqləyib ki, "Qızıl Qübbə"nin yaradılmasını koordinasiya edəcək yeni təşkilat üzərində iş artıq aparılır.
O cümlədən, rəhbərlik edə biləcək şəxslərin siyahısı da tərtib edilir.
Töhfə Səməd
tag: ABŞ,Qızıl Qübbə,ORdu,Versiya,Todaypress.az,