Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatdı

Dünya

16.04.2025 23:30

15

Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çataraq, bir troy unsiyası üçün 3,350 dolları ötüb.

TodayPress xəbər verir ki,bu barədə "TASS" məlumat yayıb.

Hazırda qızılın qiyməti 1,7% artaraq 1 troy unsiyası üçün 3353,7 dollar təşkil edib.

Londonun ICE birjasında iyun ayı üzrə Brent fyuçerslərinin qiyməti 1,63% artaraq 65,91 dollar/barel təşkil edib. WTI markalı xam neftin iyun fyuçerslərinin qiyməti 2,37% artaraq 62,56 dollar/barelə bərabər olub.

Aynur TAC

tag: Qızıl, Bahalaşma, Comex,Birjas, Ticarət, Troy ,todaypress.az,