Qlobal iqtisadi artım 2.3%-ə qədər azalacaq
Qlobal iqtisadi artım 2.3%-ə qədər zəifləyə bilər.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) bu il üçün ticarət və inkişaf perspektivinə dair dərc etdiyi hesabatda qeyd edilib.
Bildirilib ki, ticarət gərginlikləri və qeyri-müəyyənlik qlobal iqtisadiyyatı tənəzzülə doğru aparır.
“Qlobal iqtisadi artımın 2025-ci ildə 2.3%-ə qədər zəifləyəcəyi proqnozlaşdırılır, bu da dünya iqtisadiyyatını tənəzzül yoluna yönəldir” deyə UNCTAD-ın hesabatında qeyd edilib.
Qeyd edək ki, ticarət sahəsindəki qeyri-müəyyənliklər bu ay maliyyə bazarlarını sarsıdıb. ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində bir çox ölkələrə qarşı geniş miqyaslı tariflər tətbiq etdiyini açıqlayıb.
Tramp bir neçə gün sonra onlarla ölkəyə qarşı tətbiq olunan yüksək rüsumları gözlənilmədən dayandırsa da, Çinə qarşı 145%-ə qədər daha sərt tariflər tətbiq edib.
tag: Qlobal,İqtisadi Artım,Azalma,Çin,ABŞ,Todaypress.az,