Qrenlandiya Baş naziri: “Heç kimin mülkiyyəti olmayacağıq”

Dünya

27.04.2025 20:30

14

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın adanı ABŞ-yə birləşdirmək planlarına cavab verib. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, Kopenhagendə Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşdən sonra keçirilən mətbuat konfransında Qrenlandiyanın “heç vaxt heç kimin mülkiyyəti olmayacağını” bəyan edib.

“Biz güclü tərəfdaşlığa və inkişafın davamına hazırıq. Amma biz hörmət tələb edirik. Biz heç vaxt, heç vaxt kimin istəyinə uyğun alınıb-satıla biləcək bir mülkiyyət olmayacağıq” deyə Nilsen vurğulayıb.

Mette Frederiksen isə Tramp ilə görüşə münasibət bildirərək, Danimarkanın mövqeyinin əvvəldən aydın olduğunu deyib: 

“Biz hər zaman ABŞ prezidentilə görüşmək istəyirik”.

Qiymət Mahir

tag: Qrenlandiya,Baş nazir,Kopenhagen,Tramp,todaypress.az,