Qrenlandiya yeni hökümət qurur
Qrenlandiya müstəqillik tərəfdarı olmayan hökumət qurur.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, seçkilərdə qalib gələn və Qrenlandiyanın müstəqilliyini dəstəkləməyən sosial-liberal Demokraatit partiyası daha üç partiya - "Inuit Ataqatigiit", "Siumut" və "Atassu" ilə koalisiya yaradıb.
Parlamentdə ikinci ən böyük partiya olan Naleraq hökumətdəki yeganə müxalifət qüvvəsi olduğundan bura daxil edilməyib.
Bu partiya Qrenlandiyanın Danimarkanın tərkibindən çıxması və ölkənin müstəqil siyasət aparmasının tərəfdarıdır.
Türkan İsgəndərli
tag: Qrenlandiya,Yeni,Hökümət,Danimarka,Todaypress.az,