Qrenlandiyaya planlaşdırılan səfərin dəyişdirilməsi alqışlandı
“ABŞ-nin planlaşdırılan səfərini Qrenlandiya cəmiyyətindən öz hərbi bazasına dəyişməsi çox müsbət addımdır”.
TodayPress xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
Nazirin sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin əvvəlcədən planlaşdırılan və yerli cəmiyyət tərəfindən narazılıqla qarşılanan səfəri dəyişərək adada yerləşən "Pituffik" hərbi bazasına yönəlməsi Danimarka tərəfini razı salıb:
“Amerikalıların Qrenlandiya cəmiyyətinə səfər etməkdən imtina etməsi çox müsbətdir. Əvəzində onlar öz hərbi bazaları olan Pituuffiki ziyarət edəcəklər və buna qarşı heç bir etirazımız yoxdur” deyə Rasmussen vurğulayıb.
Qeyd edək ki, martın 25-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens xanımı Uşi ilə birlikdə martın 28-də Qrenlandiyaya səfər edəcəyini açıqlamışdı. Vens açıqlamasında Qrenlandiyadakı Amerika bazasını ziyarət edəcəyini və “sadəcə adadakı təhlükəsizlik vəziyyətini yoxlayacağını” bildirmişdi.
Xatırladaq ki, ABŞ administrasiyasının bu səfəri Danimarka və Qrenlandiyada ciddi narazılıqlara səbəb olmuş, Vaşinqtonun bu addımı “təzyiq” kimi qiymətləndirilmişdi.
Qiymət Mahir
tag: Qrelandiya,Danimarka,ABŞ,Səfər,todaypress.az,