Qrossi BMT-nin baş katibliyinə namizədliyini təsdiqlədi

Dünya

02.04.2025 18:26

1618

MAQATE-nin baş direktoru Rafael Qrossi BMT-nin baş katibi postuna namizədliyini irəli sürmək niyyətini təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb. 

Onun sözlərinə görə, Quterreşin varisinin seçilməsi prosesi 2025-ci ilin sonunda, BMT Baş Assambleyası çərçivəsində müvafiq müraciətin veriləcəyi vaxt başlayacaq. 

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ildə bitəcək. 

Türkan İsgəndərli

tag: Rafael Qrossi,BMT,Baş KAtib,Namizədlik,Todaypress.az,