Qüdsdə minlərlə insan etiraz aksiyası keçirir
Minlərlə insan Qəzza zolağında hərbi əməliyyatların bərpasına və girovlarla bağlı razılaşmaya etiraz olaraq Qüdsdə küçələrə çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
Bildirilib ki, etirazçılar İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahına yaxınlaşıblar. Bəziləri içəridəki metal baryerləri yarmağa çalışıb və polislə toqquşma baş verib.
Digər bir qrup etirazçı isə Baş nazirin iqamətgahı yaxınlığında səssiz oturaq aksiya keçirib. Həmçinin şəhərin bir sıra başqa yerlərində də oturaq aksiyalar başlanıb.
Aysel Mətləb
tag: Qəzza ,Qüds,Etiraz,Aksiya,Benyamin Netanyahu,todaypress.az,