Qurbağaya görə ABŞ-dən deportasiya edildi
Harvard Tibb Məktəbinin rusiyalı alimi qurbağa embrionlarını qanunsuz idxal etdiyinə görə ABŞ-dən deportasiya edilib.
TodayPress xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.
Bildirilir ki, alim Kseniya Petrova fevralın 16-da Boston hava limanında saxlanılıb.
Onun Fransaya səfəri zamanı qurbağa embrionları aldığı bildirilir.
O, ABŞ-yə qayıdanda embrionları bəyan edə bilməyib.
Vəkil Qriqori Romanovski bunun istəmədən baş verdiyini, səhvin hava limanı işçilərində olduğunu iddia edib.
Petrova hazırda Luizianadakı immiqrasiya təcridxanasındadır.
Onun vizası ləğv edilib. Amerika hakimiyyəti rusiyalı qadını Fransaya deportasiya etmək qərarına gəlib.
Türkan İsgəndərli
tag: ABŞ,Alim,Qurbağa,Deportasiya,Todaypress.az,