Quterreş Makronla görüşəcək
BMT-nin Baş katibi Antonio Quterreş Fransa
Prezidenti Emmanuel Makronla görüşəcək.
TodayPress xəbər verir ki, bunu baş katibin sözçüsünün
müavini Farhan Haq deyib.
O bildirib ki, dünya təşkilatının başçısı fevralın
10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.
F.Haq əlavə edib ki, Baş katibin sammit çərçivəsində bir
çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.
tag: Makron, Fransa,Paris, Quterreş, Prezident, Görüş, todaypress.az,