Quterreş Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayır
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya,
ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayır.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə
Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Mülki gəmilərin və liman infrastrukturunun mühafizəsi
üçün Qara dənizdə naviqasiya azadlığına dair sazişin bağlanması qlobal ərzaq
təhlükəsizliyi və təchizat zəncirinə mühüm töhfə olacaq” bəyanatda qeyd olunur.
Düjarrikin sözlərinə görə, Baş katib bütün sülh
təşəbbüslərini dəstəkləmək üçün vasitəçilik göstərməyə hazırdır.
"Quterreş ümid edir ki, bu cür səylər davamlı
atəşkəsə gətirib çıxaracaq və Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhün
bərqərar olmasına töhfə verəcək" BMT Baş katibinin nümayəndəsi
bildirib.
Qeyd edək ki, martın 25-də ABŞ və Rusiya gəmiçiliyin
təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə
hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə
razılığa gəliblər.
tag: Stefan,BMT, Antonio Quterreş, Ukrayna, Rusiya, ABŞ, todaypress.a,