Qutsal Ərdoğandan kömək istədi

Dünya

27.03.2025 13:10

1374

Moldovanın muxtar bölgəsi olan Qaqauziyanın rəhbəri  Yevgeniya Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kömək üçün müraciət edib.   

TodayPress xəbər verir ki, bu barədə bəyanat siyasətçinin “Telegram” kanalında dərc olunub.

“Uzun illər əvvəl Ankaranın səsi sülhün və ədalətin qorunmasına kömək etdiyi kimi Qaqauziyanın da Türkiyəyə ehtiyacı var. Bu gün biz yenə də Qaqauz xalqının qanuni hüquqlarını qorumaq üçün sizə ümid edirik” deyə müraciətində bildirib. 

Qeyd edək ki, Yevgeniya Qutsul martın 26-da Kişinyov beynəlxalq aeroportunda ölkədən çıxmağa cəhd edərkən saxlanılıb. Bu barədə Moldovanın yerli media orqanları məlumat yayıb.

Prokurorluğun açıqlamasına görə, Qutsul barəsində 72 saatlıq ilkin həbs qərarı çıxarılıb. O, siyasi partiyanın qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

İstintaq orqanları hesab edir ki, 2019–2022-ci illər ərzində Yevgeniya Qutsul əsasən Rusiyadan daxil olan qanunsuz vəsaitlərin Moldovaya gətirilməsində və bu pulların seçki kampaniyalarının, siyasi strukturların maliyyələşdirilməsində iştirak edib. 

Aysel Mətləb

tag: Yevgeniya Qutsul,Qaqauziya,Türkiyə,Ərdoğan,Kömək,Todaypress.az,