Qutsul həbsini siyasi qisas adlandırdı

Dünya

29.03.2025 06:34

2105

Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul onun həbsini siyasi qisas kimi pisləyib və regionun Kişinyov hökumətinə tabe olmayacağını vurğulayıb.

TodayPress xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.

"Bu gün Qaqauziyanın başını bağlayıblar. Sabah da kim müxalif fikir söyləməyə cəsarət etsə başına bu gələcək. Bu, bizim muxtariyyətimizi sıxışdırmaq üçün açıq cəhddir. Bu, "biz patron, siz isə tabeliyindəsiniz” mesajıdır” o bildirib.

Onun sözlərinə görə, məhkəmənin onun həbsə göndərilməsi qərarının arxasında parlament və hökumətə nəzarət edən Moldovanın Fəaliyyət və Həmrəylik Partiyası dayanır.

Aynur TAC

 

tag: Moldova, Müxalifət, Telegram, Qaqauziya, Qutsul, Həbs, Siyasi, todaypress.az,