Radoslav Sikorski: “Avropa ölkələri vahid ordu yaratmayacaq”
Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski açıqlama verərək Avropa ölkələrinin Rusiyanın təhdidlərinə cavab olaraq birgə ordu qurmayacağını bildirib.
Todaypress xəbər verir ki, o, bunu Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa ordusunun yaradılmasına dair çağırışlarına cavab olaraq deyib.
Sikorski Avropanın öz müdafiə qabiliyyətlərini inkişaf etdirməsinin vacib olduğunu, lakin bunun millətlərin ordularının birləşdirilməsi ilə mümkün olmayacağını vurğulayıb. O, əlavə edib ki, Avropa Birliyi hal-hazırda gücləndirilmiş briqadalar qurmağı planlaşdırır və bu inkişaf ABŞ ilə yanaşı, NATO-nun da dəstəyini almalıdır.
Qiymət Mahir
tag: Polşa,Avropa,Rusiya,Ordu,todaypress.az,