Refkliff: “Ukrayna əsgərləri əliyalın da olsalar, döyüşəcəklər”

Dünya

26.03.2025 12:02

2177

“Ukraynanın müharibədə qalib gəlməsi üçün yalnız hərbi iradə deyil, diplomatik imkanlar da tükənmək üzrədir”. 

TodayPress xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff Senatdakı çıxışı zamanı Ukraynanın sülh prosesində qənaətbəxş razılaşma əldə edə bilməyəcəyi təqdirdə, ordusunun “əliyalın mübarizə aparmaq məcburiyyətində qalacağını” bildirib.

Retkliff vurğulayıb ki, uzun illər ərzində həm Ukrayna xalqı, həm də ordusu dünya tərəfindən düzgün qiymətləndirilməyib: 

“Əgər Ukraynaya münasib şərtlər təklif olunmazsa, onlar döyüşməyə əliyalın da olsa, davam edəcəklər.”

CİA rəhbəri həmçinin bildirib ki, uğurlu sülh danışıqları yalnız Rusiya və Ukraynanın maksimalist tələblərlə çıxış etmədiyi zaman baş tuta bilər. 

Qiymət Mahir

tag: CİA,Con Retkliff,ABŞ,Rusiya,Ukrayna,Münaqişə,Ordu,Todaypress.az,