Reper Diddiyə qarşı 4 yeni iddia qaldırıldı
ABŞ-də reper Şon Kombs (Diddi) haqqında 4 yeni cinsi təcavüz iddiası qaldırılıb.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" Nyu-Yorkdakı Ali Məhkəmənin müvafiq sənədlərinə istinadən məlumat yayıb.
Məhkəməyə müraciət edən qadınlardan biri iddia edir ki, o, Diddinin şəxsi köməkçisi olmaq üçün insanların yarışdığı "VH1" realiti-şousunda iştirakçı olarkən zorakılığa məruz qalıb.
Belə ki, reper onu sərxoş etdikdən sonra şounun çəkiliş meydançasında cinsi hərəkətlər etməyə məcbur edib. Digər üç iddiaçı da Diddinin onları sərxoş etdiyini söyləyib.
Qeyd edək ki, Diddi ötən il sentyabrın 17-də insan alveri, zorlama və seks toplantılarının təşkili ittihamları ilə həbs olunub.
Bu ittihamlara son günlərdə 120 yeni iddia əlavə olunub. Zərərçəkənlərin vəkili Toni Buzbinin sözlərinə görə, ən gənc qurban cəmi 9 yaşında olub. Ümumilikdə 25 yetkinlik yaşına çatmayan şəxs reperi müxtəlif cinsi zorakılıq formalarında ittiham edir. Buzbi öz bəyanatında vurğulayıb ki, onun komandası təkcə Diddini deyil, həm də sənayenin bir çox nüfuzlu insanlarını ifşa edəcək fotoşəkillər, videolar və digər sübutlar toplayıb.
Töhfə Səməd
tag: Reper ,Zorakılıq ,50 Cent ,Diddi ,todaypress.az,