Rəsmi Tehran Trampa cavab verdi

Dünya

07.03.2025 19:15

2274

İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək.

TodayPress xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "AFP"yə deyib.

"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək" nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.

tag: İran ,ABŞ ,Donald Tramp,Abbas Araqçi ,todaypress.az,