Respublikaçılar Partiyasının qərargahı yandırıldı

Dünya

31.03.2025 10:10

2754

Naməlum şəxslər ABŞ Respublikaçılar Partiyasının Albukerke (Nyu-Meksiko) şəhərindəki qərargahını yandırıblar.   

TodayPress xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, nifrət və dözümsüzlükdən qaynaqlanan bu hücum dəyərlər, azadlıqlar və siyasi ifadə hüququna birbaşa zərbədir. 

Hadisə zamanı xəsarət alan olmayıb. FTB hadisə ilə bağlı araşdırmalara başlayıb.   

Türkan İsgəndərli

tag: ABŞ,Respublikaçılar,Qərargah,Yanğın,Todaypress.az,