Respublikaçılar Trampa təzyiq edirlər

Dünya

09.04.2025 10:42

14

Respublikaçı qanunvericilər ABŞ prezidenti Donald Tramp administrasiyasına rüsumları qaldırması ilə bağlı təzyiq edirlər. 

TodayPress xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazır. 

Onların bir çoxu Trampı tənqid etməyə cəsarət etmir.

Lakin onlar “siyasi qiymət” ödəməli olacaqlarından narahatdırlar. Siyasətçilərin fikrincə, Trampın qərarları nəticəsində ABŞ ıiqtisadiyyatı geriləyə bilər. 

Respublikaçılar Partiyası ümid edir ki, tariflərin qaldırılması müvəqqətidir. 

Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini təqdim edib.

Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə yüksək tariflər tətbiq olunub. 

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Respublikaçılar,Təzyiq,Todaypress.az,