"Resurs-P No 5" istismara buraxıldı
"Resurs-P No 5" kosmik gəmisi istismara buraxılıb.
TodayPress xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.
Rusiya dövlət korporasiyası əlavə edib ki, martın 19-dan etibarən istehlakçılar bu peykdən çəkilişlər sifariş edə bilirlər.
Qeyd edək ki, ötən il dekabrın 25-dən etibarən "Baykonur" Kosmodromundan "Resurs-P No 5" peyki ilə birlikdə "Soyuz-2.1b" raketi də buraxılıb.
"Roskosmos" bu buraxılışın "R-7" raketlər ailəsi üçün 2000-ci olduğunu bildirib.
Töhfə Səməd
tag: Rusiya,Baykonur,Kosmik,Gəmi,Todaypress.az,