Reuters: Avropanın silah idxalı 155 faiz artdı

Dünya

10.03.2025 12:59

1583

2020-2024-cü illərdə Avropaya silah idxalı 155 faiz artıb və Ukrayna onun ən böyük alıcılarından birinə çevrilib.   

TodayPress xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) istinadən "Reuters" agentliyi məlumat verib. 

Öz növbəsində ABŞ silah şirkətləri qlobal silah ixracatındakı payını 43 faizə çatdırıb. 2015-2019-cu illərdəki 11 faizdən son dörd il ərzində qlobal silah idxalının 28 faizi Avropanın payına düşüb.   

Eyni zamanda, Rusiyanın silah ixracı 7,8 faizə düşüb. Göstəricilərin azalması beynəlxalq sanksiyalar və daxili tələbatın artması ilə izah olunur.  Bundan əvvəl Avropa ölkələrinə Vaşinqtonun yeritdiyi xarici siyasətlə əlaqədar Amerika silahlarının alınması münasibətinə yenidən baxmaq tövsiyə edilib. Ekspertlər xatırladır ki, Ağ Ev hər an tədarükləri dayandıra bilər.

Məsələn, Danimarka Qrenlandiyanı ABŞ-nin adanı ələ keçirmək cəhdlərindən müdafiə etməli olsaydı, Amerika silahlarından istifadə ilə bağlı problemlər yarana bilərdi. 

Töhfə Səməd

tag: Avropa,ABŞ,Silah,İdxal,Todaypress.az,