Reuters: Moskva ABŞ-nin atəşkəs təklifinə ehtiyatla yanaşır
Rusiya mənbələri ABŞ-nin Kiyev tərəfindən dəstəklənən 30 günlük atəşkəs təklifinə ehtiyatla yanaşıb. Onlar bildiriblər ki, Ukraynada hər hansı müharibənin dayandırılması razılaşması Rusiyanın nailiyyətlərini və Moskvanın narahatlıqlarını nəzərə almalıdır.
TodayPress xəbər verir ki, “Reuters”ə danışan yüksək vəzifəli rusiyalı mənbə bildirib ki, prezident Vladimir Putin şərtlər müzakirə olunmadan və müəyyən zəmanətlər əldə edilmədən bu təklifə razılaşmaqda çətinlik çəkəcək.
“Putin üçün bunu indiki formada qəbul etmək çətindir. Onun mövqeyi güclüdür, çünki Rusiya irəliləyir” mənbə qeyd edib.
O, əlavə edib ki, zəmanət olmadan atəşkəs Rusiyanın mövqelərini zəiflədə və Qərbin müharibənin dayandırılmamasına görə məsuliyyəti Rusiyanın üzərinə qoymasına səbəb ola bilər.
Digər yüksək rütbəli rusiyalı mənbə atəşkəs təklifini Moskvanın bir “tələ” kimi gördüyünü bildirib. Onun sözlərinə görə, Putin konkret təminatlar və öhdəliklər olmadan müharibəni dayandırmaqda çətinlik çəkəcək.
Üçüncü rusiyalı mənbə isə atəşkəs təklifinin ABŞ-nin Ukraynaya hərbi yardımını və kəşfiyyat məlumatlarının paylaşımını bərpa etməsi ilə paralel həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Kreml hələlik rəsmi mövqeyini açıqlamayıb.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Sülh,Todaypress.az,